Kanalda boğulan şəxsin 91 yaşı var

13:55 01.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

FHN-dən Hafta.Az-a verilən məlumata görə, axtarışlar nəticəsində kanalda batmış 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.