Kaxa Kaladze: “Gürcüstanın əhalinin maraqlarını qoruyan hakimiyyəti var”

09:05 18.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Gürcüstanın gürcü işini görən, əhalinin maraqlarını qoruyan hakimiyyəti var. Bu gün ölkəmiz hər zamankından daha çox sülhün qorunması, irəliləyişə ehtiyac duyur”.

Hafta.az-ın yazdığına görə, bu sözləri Tbilisinin meri Kaxa Kaladze səsləndirib.

Kaladze, dünən “Gürcü Arzusu”nun seçki kampaniyasının açılışında hakim komandanın nümayəndələri tərəfindən mühüm bəyanatlar verildiyini bildirib.

“Dünən bizim tərəfdən olduqca mühüm mesajlar verildi. Mövcud vəziyyət, hansı istiqamətdə işləmək məcburiyyətində qaldığımız, hansı çağırışların və təhlükələrin olduğu vurğulandı. Birbaşa demək olar ki, bu gün də təhdidlər və hələ də ölkədə ikinci cəbhə açmaq istəyən qüvvələr var. Təbii ki, Gürcüstanın gürcü işini görən, ölkəmizin əhalisinin, ölkənin maraqlarını qoruyan hakimiyyəti var və təzyiqlərə, təhdidlərə baxmayaraq, bu münasibət sona qədər belə olacaq. Biz həyata keçirdiyimiz praqmatik siyasəti qoruyub saxlayacağıq və davam etdirəcəyik. Birbaşa deyim ki, bu gün hər zamankından daha çox ölkəmiz sülh, iqtisadi inkişaf və irəliləyişə ehtiyac duyur”, - deyə Kaxa Kaladze bildirib.