Yazını böyüt
Yazını kiçilt
Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bəyan edib ki, keçmiş baş qərargah rəisi Onik Qasparyan Şuşaya görə məhkəmədə cavab verməlidir.
Hafta.az xəbər verir ki, Paşinyan özü haqqında son zamanlar çoxsaylı yalanların yayıldığını, xüsusilə də bu ittihamların "hərbiçilər tərəfindən ortaya atıldığının üzücü" olduğunu söyləyib.
"Onik Qasparyan tək mənə yox, məhkəmədə cavab verməlidir ki, Şuşanın müdafiəsi üçün göndərilən bölmələr niyə 2 sutka gecikməklə oraya çatıb. Biz hər şeyi sona qədər açıqlayacağıq. Rəqiblərimiz bəyan edirlər ki, hakimiyyətə gəldikləri təqdirdə bütün sirlər açılacaq. Lakin onlar hakimiyyətə gələrsə, hər şeyin üstünü örtməyə çalışacaqlar".