Keçmiş məhkum bank kartından oğurluq etdi

12:53 25.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda bank kartından oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 22-də Bakı şəhər sakini olan bir nəfər bank kartını itirməsi və həmin kartdan 200 manat dəyərində alış-veriş edilməsi barədə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şühəli bilinən əvvəllər məhkum olunmuş Niyaməddin Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.