Keçmiş məhkum dəmiryolundan rels altlıqları oğurladı

11:05 22.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaşda dəmiryolundan rels altlıqları oğurlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdaş rayonunun Qəribli kəndi ərazisindən keçən dəmir yolundan 9 ədəd rels altlıqlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Bərxudarov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.