Keçmiş məhkum məktəbdən oğurluq edib

12:25 11.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda məktəbdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə noyabrın 8-də Ə.Kürçaylı küçəsində yerləşən tam orta məktəbin informatika otağından 4 ədəd noutbuk oğurlanması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Rzayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.