Keçmiş məhkumlar narkotiklə tutuldu

11:52 03.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Kamil Hüseynov və Orxan İbrahimov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, K.Hüseynovdan heroin, O.İbrahimovdan isə heroin və marixuana aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.