Keçmiş polisin həyətindən 40 cəsəd çıxdı - QADINLARI ÖLDÜRÜB...

15:25 21.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Keçmiş polis işçisinin evi aranırkən ortaya çıxan dəhşət tək bir ölkəni yox, bütün dünyanı şoka salıb. Axtarış zamanı evin həyətindən 24 cəsəd çıxıb. Polisin qurbanlarının sayının 40-a qədər çıxacağı deyilir.

Sosial mediada tanış olublar. Onlarca qurban başlarına nə gələcəyini bilmədən görüşə gedib və bir daha geri qayıtmayıblar. Qatilin izinə düşən polis kimsənin təhmin edə bilməyəcəyi sürprizlə qarşılaşıb.

Hafta.az-ın məlumatına görə, 6,7 milyon əhalisi olan Salvadorda keçmiş polis işçisinin həyətində aşkarlanan cəsədlər və işlədiyi təhmin edilən 40-dan çox cinayət dünya mediasınında gündəmindədir.

51 yaşındakı keçmiş detektiv Hugo Ernesto Osoroio Çavezin Chalchuapa şəhərinin evinin həyətində toplu məzarın olmasına dair şübhələr aprel ayında 57 yaşlı bir qadın və 26 yaşlı qızının öldürülməsi ilə ortaya çıxıb.

Həbs edilən Huqo Ernesto əvvəllər də cinsi istismar ittihamı ilə dindirilmişdi. 2005-ci ildə polis təşkilatından atılan Çavez, iki cinayət işlədiyini etiraf edib. Bu etirafdan sonra kriminallar tərəfindən həyətdə aparılan qazıntı işləri zamanı qurbanların cəsədləri ortaya çıxmağa başlayıb. Bəzi qurbanların iki il əvvəl öldürüldüyü güman edilir. Cəsədləri tapılan bəzi qız uşaqlarının yaşları isə iki, yeddi və doqquzdur. Şəhərdəki yaxınları itkin düşən insanlar onların məhz Çavez tərəfindən öldürülə biləcəyini düşünürlər. İstintaq orqanları DNT testi ilə hələlik 9 qadının cinayətlə bağlı olduğunu sübut edərək, bütün cinayətlərin cinsi təcavüz olayına bağlı olduğunu müəyyənləşdirib. Qadınları öldürən keçmiş polisə yardım edən 10 nəfər də həbs olunub.