Keçmiş sevgilisinin adını Twitter-dən sildi

16:23 06.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən varlı adamı Elon Maskın keçmiş sevgilisi Amber Heardın hesabını Twitter-dən sildiyi görülüb. Bir ilə yaxın birlikdə yaşayan ikili 2018-ci ilin aprelində yollarını ayırıb. Hətta Ember Heardın Conni Depplə evlilikləri zamanı İlon Maskla vaxtaşırı görüşdüyü bildirilirdi.

'RealAmberHeard' adlı rəsmi hesabı Twitter-də axtarılan zaman profilin sistemdən silindiyi və "Belə bir hesab yoxdur" ifadəsinin olduğu müəyyən edilib. Bu həm xarici, həm də Türkiyə mətbuatında “Elon Musk keçmiş sevgilisinin Twitter hesabını sildi” kimi şərh edilib. Sosial mediadakı bəzi hesablar məsələni lağa qoyub. Bununla belə, Amber Herdin öz hesabını könüllü olaraq bağladığına dair iddialar da var.

Rəsmi Instagram və Facebook hesabları açıq olan Amber Heard mövzu ilə bağlı açıqlama verməyib. O, meneceri vasitəsilə edilən zənglərə də cavab verməyib.