Kəlbəcərə icazəsiz keçmək istəyən şəxs saxlanılıb

12:34 24.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Kəlbəcər rayonuna müvafiq icazə olmadan getmək istəyən rayonun Toğanalı kənd sakini Zaman Verdiyevi saxlayıblar. O polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onun həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.

Məhkəmənin qərarı ilə Z.Verdiyev barəsində inzibati tənbeh tədbiri görülüb.

Oxunma sayı 16