Kəşmirdə polisin saxladığı 3 mülki vətəndaş dünyasını dəyişdi

09:50 25.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cammu Kəşmir bölgəsinin sakinləri dünən qiyamçılarla toqquşmada 4 hind əsgərin ölməsindən sonra ordunun 8 nəfəri saxladığını iddia edib. Saxlanılan şəxslərdən 3-nün yaxınlıqdakı hərbi düşərgədə “işgəncələrə məruz qaldığını” deyən yerli sakinlər onların həyatını itirdiyini, digər 5 nəfərin isə “işgəncəyə məruz qaldıqları” əsası ilə xəstəxanaya göndərildiyini bildiriblər.

Hafta.az-ın yazdığına görə, Cammu və Kəşmirin Şrinaqar şəhərində etirazlar keçirilib.

Həmçinin iddia edilib ki, sözügedən “işgəncələri” əks etdirən video yayılmağa başladıqdan sonra səlahiyyətlilər dünən qarşıdurmaların yaşandığı Cammu və Kəşmirin Poonç rayonunda internet xidmətini kəsiblər. Bu barədə rayonun informasiya idarəsi məlumat yayıb

Xatırladaq ki, ötən gün bölgədə müqavimətlə qarşıdurmada 4 Hindistan əsgərinin öldüyü, 3 əsgərin isə yaralandığı bildirilib.