Keyt Blanşett Kannda Fələstin bayrağını əks etdirən paltar geyindi

09:15 23.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur kino ulduzu Keyt Blanşett Kann Film Festivalının premyerasında qara, yaşıl və ağ rəngli hissələri olan paltarı ilə qırmızı xalçada Fələstin bayrağının rənglərinə bənzədi.

Hafta.az-ın yazdığına görə, bu il 77-ci Kann Film Festivalına qatılan Keyt Blanşett BMT-nin Qaçqınlar Agentliyinin xoşməramlı səfiri kimi fəaliyyət göstərir.

Blanşett "The Apprentice" filminin premyerasına fransız-kolumbiyalı Hayder Akkermann tərəfindən hazırlanmış, ön qara, arxası ağ və yaşıl astarlı paltarda qatılıb.

Sosial şəbəkələrdə bir çox istifadəçi Keyt Blanşetin görünüşünə heyran olduqlarını bildiriblər. Bir istifadəçi “Bəşəriyyətin ən gözəl dövləti” dediyi halda, digəri “Fələstin bayrağı Kann festivalını bəzəyir” yazıb.

Bəzi istifadəçilər bunun Fələstin xalqına və haqq işinə dəstəyini göstərən Blanşetin cəsarətli hərəkəti olduğunu iddia ediblər.

Müharibə başlayandan bir ay sonra noyabrda Blanşett Avropa Parlamentində çıxış edərək təcili humanitar atəşkəsə çağırıb.

Oxunma sayı 243