Kişi 21 kiloqram arıqladı - HƏYAT YOLDAŞINI MƏHKƏMƏYƏ VERDİ

14:54 12.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Haryana əyalətinin Hisar şəhərində məhkəmə, 21 kiloqram arıqlayan kişinin boşanma ərizəsini təsdiqləyib. Hafta.az xəbər verir ki, Times of India qəzetinin yazdığına görə, kişi qəddar və əsəbi arvadını kəskin arıqlamaqda günahlandırıb və boşanma tələb edib.

Cütlük 2012 -ci ildə evlənib, evlilikdə bir qızları dünyaya gəlib. Adı çəkilməyən kişi, həyat yoldaşının əsəbi və israfçı olduğunu və heç vaxt qohumları ilə münasibətləri düzəltməyə çalışmadığını iddia edbi. Dediyinə görə, tez -tez xırda şeylər üstündə mübahisə ediblər, buna görə də ailəsi qarşısında özünü aşağılanmış hiss edib. Amma gələcəkdə həyat yoldaşının fikrini dəyişəcəyini ümid edərək susub. Amma onun davranışı dəyişməyib.

Daha sonra arvadını qəddarlıqda günahlandıraraq, məhkəməyə verib və evlənməzdən əvvəl 74 kiloqram olduğunu, ancaq o vaxtdan bəri çəkisinin 53 kiloqrama düşdüyünü söyləyib. Kişi arıqlamasını həyat yoldaşının psixoloji zorakılığının nəticələri ilə əlaqələndirib.
Təqsirləndirilən şəxs evlilik vəzifələrini həmişə yerinə yetirdiyini və ərinə sevgi və hörmətlə yanaşdığını israr edbi. "Ərim heç vaxt mənə sevgi və incəlik göstərməmişdi. Əksinə, mənə qarşı həmişə qəddar olub. Həmişə qohumları ilə yaxşı davrandım " deyib qadın ifadəsində. Əlavə edib ki, əri və qohumları onu təhqir ediblər və cehiz gətirməməkdə ittihamlayıblar".

Məhkəmə zamanı məlum olub ki, qadın 2016 -cı ildə ərindən ayrılaraq ona heç vaxt görüşməyə çalışmadığı bir qızı qoyub. O da aydınlaşıb ki, kişinin ailəsi heç vaxt hindli qadından cehiz tələb etməyib və hətta toydan sonra təhsil haqqını da ödəyib.

Qadın boşanma qərarının ləğvi üçün müraciət etsə də, məhkəmə onu rədd edib.