Kiyevin orta və ali məktəblərində onlayn təhsil bərpa edilib

14:41 28.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gündən etibarən Ukraynanın paytaxtı Kiyev şəhərində orta, peşə, ali təhsilə qədər və ali məktəblər üçün onlayn təhsil bərpa edilib.

Hafta.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.

“Distant təhsilin vəzifələrindən biri psixoloji dəstək, ünsiyyət, uşaqların diqqət mərkəzinin dəyişdirilməsidir. Şəhərdə belə təlimlərin keçirilməsi təcrübəsi var. Artıq müəllimlər uşaqlarla təhsil, psixoloji və inkişaf konsultasiyalarına başlayıblar. Bu cür bacarıqlar müəllimlərə təkcə təhsil xidmətləri göstərməyə deyil, həmçinin tələbələrinə dəstək olmağa imkan verəcək”, - deyə məlumatda bildirilib.