Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniya Kralı III Çarlz fevral ayında xərçəng diaqnozu qoyulmasından sonra ilk dəfə böyük tədbirdə iştirak edib.
Hafta.az xəbər verir ki, o, Berkşirdə, Vindzor qəsri ərazisində yerləşən Müqəddəs Georgi kilsəsində keçirilən Pasxa mərasiminə qatılıb.
Kral Çarlz, Kraliça Kamilla ilə birlikdə bazar günü ibadətindən sonra toplaşan izdihamla danışıb, insanların əllərini sıxıb.