Kral III Çarlz xərçəng diaqnozundan sonra ilk dəfə danışdı

10:05 12.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Norfolkdakı Sandringham House Sarayında müalicəsi davam edən Kral III Çarlz, verdiyi yazılı şərhdə dəstək mesajlarına görə təşəkkür edib.

Hafta.az-ın yazdığına görə, kralın açıqlamasında deyilir: "Xərçəng xəstəsi olan hər kəsin bildiyi kimi, bu cür xoş düşüncələr ən böyük təsəlli və həvəsləndiricidir. Diaqnozumu paylaşmağım Böyük Britaniyada və bütün dünyada ictimaiyyətin anlayışını artırdı, xərçəng xəstələri və onların ailələrinə dəstək verən təşkilatların işinə işıq saldı. Bu, mənim üçün ruhlandırıcı idi. Onların davamlı qayğısına və öhdəliyinə ömürlük heyranlığımı şəxsi təcrübəm daha da artırır".

Prostat böyüməsinin müalicəsi üçün yanvarın 26-da xəstəxanaya yerləşdirildiyi açıqlanan Kral III Çarlz, üç gün sonra xəstəxanadan buraxılıb. Bukingem Sarayı yoxlamalar zamanı daha bir narahatedici vəziyyətin - kralda xərçəng aşkarlandığını açıqlayıb.

Kral III Çarlzın prostat xərçəngi olduğu açıqlanarkən, xərçəngin növü və mərhələsi ilə bağlı heç bir açıqlama verilməyib, baş nazir Rişi Sunak isə xərçəngin erkən mərhələdə olduğunu bildirib.