Kreml Paşinyanın istefa qərarı haqda

14:05 29.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyanın aprel ayında istefa verəcəyi barədə qərarı Rusiya Prezidenti Vladimir Putinlə görüşün dərhal keçirilməsini tələb etmir.

Bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov iki ölkə liderləri arasında təmasların davam etdiyini vurğulayıb: “O, vəzifəsini icra edəcək, buna görə də qeyd edilən qərarın müzakirəsi dərhal danışıqlar tələb etmir”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında vəzifəsindən istefa verəcəyini açıqlayıb.