Moskva meriyası yaşayış binalarının zirzəmilərində bomba sığınacaqları hazırlayır və Kremlin baş xəstəxanasının altında da sığınacaq layihələndirir.
Hafta.az xəbər verir ki, bu barədə Rusiyanın "Sirena" Telegram-kanalı məlumat yayıb.
Məlumata görə, Moskvada yaşayış binalarının zirzəmilərində divarlara evakuasiya(təxliyyə) və "həyəcan çamadanları"nıın yığılması ilə bağlı təlimatlar vurulub. Bundan əlavə, artıq zirzəmilərdə stollar, stullar və yataq yerlərinə bənzər əşyalar qoyulub.
Rusiya KİV-lərinin məlumatına görə, mayın 24-də Rusiya dövlət satınalmaları saytında Kremldəki Mərkəzi Klinik Xəstəxana üçün bomba sığınacağı tikilməsi ilə bağlı müqavilə layihəsi dərc olunub. Müvafiq məkanda 800 yer var.
Xatırladaq ki, Moskva şəhəri və vilayət mayın 30-da dronların hücumuna məruz qalıb. Pilotsuz təyyarələrin qalıqları yaşayış binalarına cüzi ziyan vurub. Rusiya ənənəvi olaraq hər şeydə Ukraynanı günahlandırır, lakin Kiyev ittihamları rədd edir.