Kremlin yeni Abramoviç QƏRARI - DETALLAR AÇIQLANDI

11:47 31.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı milyarder Roman Abramoviçlə bağlı yeni iddia ortaya çıxıb. Rusiyalı müxalif siyasətçi Kseniya Sobçak Abramoviçlə bağlı Kremlin qərarını dünyaya bəyan edib. Britaniya mediası isə hadisənin təfərrüatlarını açıqlayıb.

Hafta.az bildirir ki, Kreml tərəfindən Kseniya Sobçak Abramoviçə media qadağası elan edib. Sobçak mövzu ilə bağlı açıqlamasında bunları deyib:

“Kremlyönlü mediaya iş adamı Roman Abramoviçin Rusiya və Ukrayna arasında danışıqlarda rolu barədə danışmaq qadağan edilib”.

Britaniyanın “Daily Mail” qəzetində yer alan xəbərə görə, bu məlumatı “Moskva-24”, TASS və daha bir böyük hökumətyönlü KİV-də işləyən mənbələr təsdiqləyib.

Mənbələrdən biri bildirib ki, martın 30-da o, hakimiyyətdən belə bir əmr alıb: “Artıq Abramoviçin danışıqlarda iştirakından danışmırıq”.

Qəzet təhlükəsizlik baxımından bu şəxslərin adlarının açıqlanmasına razı olmadığını vurğulayıb.
Çərşənbə axşamı İstanbulda keçirilən sülh danışıqlarına rusiyalı iş adamı Roman Abramoviç də qatılıb. Rusiya agentlikləri görüşdən əvvəl Abramoviçlə prezident Ərdoğanın qısa söhbət etdiyini yazıb.

Mövzu ilə bağlı açıqlama verən Kremlin sözçüsü Peskov, "Roman Abramoviçin Rusiya nümayəndə heyətinin rəsmi üzvü deyil, lakin danışıqlarda iştirak edir" deyib.