Kuba ABŞ-ın hücumlarına hazırdır

08:06 18.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kubalılar ABŞ-nin mümkün hücumu halında özlərini müdafiə edəcəklər.

Hafta.az xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyi (XİN) sosial media hesabında paylaşım edib.

Bəyanatda deyilir:

“Əgər Kubaya hücum olunarsa, ölkə qanuni özünümüdafiə hüququndan istifadə edəcək”.

Daha əvvəl Kubanın xarici işlər naziri bildirib ki, ABŞ-nin mümkün təcavüzü ölkədə humanitar fəlakətə və “qan tökülməsinə” səbəb ola bilər. O vurğulayıb ki, hərbi münaqişə baş verərsə, hər iki tərəf itkilərlə üzləşəcək.

Nazirin sözlərinə görə, “heç bir təhlükə yaratmayan kiçik bir adaya” qarşı hücum üçün heç bir əsas yoxdur.