Külək güclənəcək - Sarı xəbərdarlıq

16:38 01.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 2-3-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Bu barədə hafta.az-a Xidmətdən məlumat verilib.

Sarı xəbərdarlığa uyğun olaraq Ordubad, Culfa, Lerik, Yardımlı, Goranboy, Gəncə, Göygöl, Yevlax, Mingəçevir, Daşkəsən, Şəki, Şahdağ, Xınalıq, Quba, Qusar, Xızı, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.