Külək güclənəcək - Xəbərdarlıq

17:09 09.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Neftçala, Xızı, Qusar, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Kəlbəcər, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.