Çinin cənub-şərqini vuran güclü yağış və doludan sonra qasırğaya bənzər külək həmin vaxt yatan 3 nəfəri evin pəncərəsindən bayıra atıb.
Hafta.az-ın yazdığına görə, Ciangxi əyalətindəki Fövqəladə Daşqınlara Nəzarət Mərkəzinin verdiyi açıqlamada, martın 31-də başlayan və 9 şəhər daxil olmaqla, ekstremal hava şəraitinin ən azı 7 nəfərin həyatını itirdiyi, 54 rayonda 93 min insanın zərər çəkdiyi bildirilib.
Məlumata görə, fırtına zamanı 3 nəfər, o cümlədən 11 yaşlı uşaq çoxmərtəbəli binadakı mənzildən yıxılaraq ölüb. Külək Nançang şəhərindəki binada iki mənzilin qapı kimi iri pəncərələrini qopararaq, onları çərçivələrindən sındırıb.
Yerli mətbuatın məlumatında deyilir ki, mənzil sakinləri çarpayılarından divarın pəncərə yerində açılan boşluğa sürüklənərək ölüblər. Associated Press-in məlumatına görə, onlarla evə də ciddi ziyan dəyib.
Tufanlar bazar günü başlayıb və çərşənbə axşamına kimi davam edib. Səlahiyyətlilər üç qurbanın yıxılmasının səbəblərini araşdırırdılar. Binanın 20-ci mərtəbəsində yaşayan Şu adlı şəxs “South China Morning Post” qəzetinə bildirib ki, qonaq və yataq otaqlarının pəncərələrini uçuran külək 64 yaşlı ana ilə 11 yaşlı oğlunu evdən atıb.
Üçüncü qurban isə 60 yaşlı qadın olub. Van adlı əri qadının 11-ci mərtəbədəki yataq otağının pəncərəsindən uçurulduğunu söyləyib. Kişi fırtınadan zərər görməyən otaqda yatdığı üçün sağ qaldığını bildirib.
Evin hər tərəfini çılğınlıqla axtaran Van nəhayət tavandan döşəməyə qədər uzanan otağın pəncərəsinin tamamilə partladığını aşkarlayıb.
Viral videoda arvadının çarpayısı şüşəsiz pəncərənin yanında görünüb. Kişinin arvadının binadan necə atılmasının təfərrüatları müəmmalı qalır. Lakin sonradan Van arvadının cəsədini binanın həyətində tapıb.
Dəymiş ziyanın tam qiymətləndirilməsi hələ də davam edir.