Kürdəxanıda 16 yaşlı oğlanın meyiti tapıldı

14:25 05.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 16 yaşlı oğlanın meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 18 radələrində Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verib.

Kənd sakini 2010-cu il təvəllüdlü X.Abbasın meyiti yaxınları tərəfindən yaşadığı evdə aşkar edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.