Kürəkənini bıçaqlayan qayınata saxlanılıb

12:42 24.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 23-də Suraxanı rayonunun Ramana qəsəbəsində Malik Həsənovun kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən M.Həsənovun qohumu Mahmud Qənbərov saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Hazırda Suraxanı RPİ-də təhqiqat araşdırması aparılır.

Oxunma sayı 63