Kuril adaları yaxınlığında zəlzələ olub

08:41 23.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saxalin bölgəsindəki Kuril adaları yaxınlığında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Hafta.az xəbər verir ki, Yujno-Saxalinsk seysmik stansiyasının məlumatına görə, yeraltı təkanlar Severo-Kurilsk sakinləri tərəfindən hiss olunub.

Zəlzələnin episentri Severo-Kurilskdən 97 km şərqdə, 39 km dərinlikdə yerləşib.