Kütləvi əsgər ölümlərinin səbəbi məlum oldu

09:10 16.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiyalı elm adamları 1581-ci ildə qalanın mühasirəyə alınmasından sonra əsgərlərin kütləvi ölümlərini təkrar qidalanma sindromu kimi tanınan fenomeni tədqiq etmək üçün araşdırıblar. Məlum olub ki, 1581-ci ildə Tottori qalasının mühasirəsi zamanı aclıqdan ölən əsgərlər mühasirə bitdikdən sonra yemək yeyə biliblər, lakin yeyən kimi dərhal kütləvi şəkildə ölüblər.

Hafta.az-ın “American Journal of Medical Sciences”ə istinadən yazdığına görə, tədqiqatçılar tarixi hadisəni araşdıraraq, ac insanların qəfil həddindən artıq qida yükü səbəbiylə necə ölə biləcəyinə dair tapıntılar ortaya qoyublar.

Mühasirə ilə bağlı araşdırılan sənədlər Yaponiyada saxlanılan tibbi vəziyyətlərin ən erkən qeydləri kimi də tanınır.

Tədqiqatın iştirakçılarından olan daxili xəstəliklər mütəxəssisi Yasuhiro Kano, "Bu tarixi hadisə müharibələrdə və təbii fəlakətlərdə ac qalan insanların təkrar qidalanma sindromunun qurbanı ola biləcəyinə dair məlumatlılığı artıracaq" deyib.

Kano ilə yanaşı daxili xəstəliklər üzrə mütəxəssis Sayaka Aoyama və Tottori Muzeyinin kuratoru Ryuiçiro Yamamoto da tədqiqatda iştirak edib.

Üç tədqiqatçı 1581-ci ildə Tottori qəsrinin mühasirəyə alınmasını, burada aclıq taktikalarının istifadə edildiyini araşdırıb.

Yaponiyalı məşhur sərkərdə Oda Nobunaqanın (1534-1582) qüvvələri üç ay ərzində qalanı mühasirəyə alıb. İçəridə aclıqdan ölənlərin sayı artmağa başlayanda qalanı qoruyan Kikkava Tsuneye əsir düşməmək üçün özünü öldürmək qərarına gəlir.

Qala alındıqdan sonra Nobunaqanın qüvvələri sağ qalanlara sıyıq paylayıb. Lakin Nobunaqanın gündəliyindən əldə edilən təfərrüatlarda aclıq çəkən əsgərlərin yarıdan çoxunun yemək yedikdən qısa müddət sonra öldüyünə dair məlumatlar var idi.

Başqa bir komandirin gündəliyində çox sıyıq yeyən əsgərlərin öldüyü, az və yavaş yeyən əsgərlərdə isə problem olmadığı qeyd edilib.

Tədqiqatçılar iki il ərzində bütün tarixi sənədləri topladıqdan sonra hadisənin, ehtimal ki, ridinq sindromunun ilk qeydə alınmış hadisələrindən olduğunu müəyyən ediblər.

Mühasirədən sonra ölənlərin sayının çox olması səbəbindən Yaponiyanın tibb dünyası tərəfindən hadisənin sindromla əlaqəli olduğu düşünülsə də, daha əvvəl mövzu ilə bağlı heç bir sənəd dərc edilməyib.

Refiding sindromu uzun müddətli aclıq və ya qidalanmadan sonra başlayan təkrar qidalanma nəticəsində elektrolit və maddələr mübadiləsi pozğunluqları ilə müşayiət olunan ciddi, həyati təhlükəli sindrom olaraq görülür.

Fevralın 6-da baş verən zəlzələlər zamanı uzun müddət dağıntılar altında qalan insanların yenidən qidalanması ilə bağlı sindrom bir müddət əvvəl gündəmə gətirilib.