Küveytdəki istintaq komitəsi 349 milyon avro (382 milyon dollar) dəyərində təxmin edilən iki Fransa təyyarəsi sövdələşməsində korrupsiyanın aşkar edildiyini açıqlayıb. Araşdırmalar zamanı nazirlərin, məmurların və rəhbərlərin orduda iştirakı üzə çıxıb.
Hafta.az-ın yazdığına görə, Küveyt Milli Assambleyasının Karakal tipli helikopter və Eurofighter Typhoon tipli döyüş təyyarələri ilə bağlı təhqiqat komitəsinin sədri Adil əd-Demhi deyib: “Komitə nazirlərin, nazir müavinlərinin və ordu komandirlərinin bir çox hərəkətlərə görə məsuliyyət daşıdığını müəyyən edir. Bu, belə qənaətə gəlməyə əsas verdi ki, onlar nazirliyə və dövlət puluna böyük ziyan vurub”.
Açıqlamasında Demhi, komitənin fransız şirkətinin müqavilə öhdəliklərini pozduğunu və şirkətin digər təyyarə mühərriklərindən fərqli iki mühərriki təhvil verdiyini açıq şəkildə təsbit etdiyini, bunun pozuntu olduğunu bildirib.
“Reuters”in məlumatına görə, Demhi bildirib ki, Fransa şirkətinin nazirliyə və dövlət puluna ciddi ziyan vuran əsas məlumatları gizlətməsi komitə tərəfindən sübuta yetirilib.
Demhi açıqlamasında şirkətin hərəkətlərinə görə cəzalandırılmalı olduğunu, nazirliyin müqavilə şərtlərinin icrasını gecikdirməsinə və dəyən ziyana baxmayaraq, müqavilənin ilk ödənişini təmin etmək üçün komitənin bu müqavilə ilə bağlı müəyyən pulu saxladığını bildirib. Müqavilənin tamamlanmasına zəmanət, yekun ödəniş və digər maddələr 400 milyon avrodan çox qiymətləndirilir.