Dünən Türkiyə hakimiyyəti Küveytdə tanınmamış Ümmət Partiyasının lideri, ömürlük həbs cəzasına məhkum edilmiş Hakim əl-Mutairi ələ keçirib.
Hafta.az-ın yazdığına görə, əl-Mutairinin rəsmi X hesabı üzərindən verdiyi açıqlamada deyilir: “Türkiyə hakimiyyəti Ümmət Konfransının baş katibi və Küveyt Ümmət Partiyasının sədri Hakim əl-Mutairə qarşı “siyasi ittiham” irəli sürərək onu həbs edib”.
2021-ci ilin aprelində Küveyt Cinayət Məhkəməsi Hakim əl-Mutairi mediada “Qəddafi sızması” kimi tanınan iş üzrə ömürlük həbs cəzasına məhkum edib. Onun hökmü Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin çadırından sızan məlumatların yayılmasından təxminən bir il sonraya təsadüf edir.
Sızdırılanlar məlumatlar arasında əl-Mutairinin öz ölkəsində iğtişaş və qarışıqlıq yaymaq üçün maliyyə dəstəyi tələb edən klipi də var.
Təkzibedilməz dəlillərlə sənədləşdirilmiş bu cinayətlər 2021-ci ilin aprelində Küveyt Cinayət Məhkəməsi tərəfindən cəzalandırılıb. Hakim əl-Mutairi dövlət təhlükəsizliyi ilə bağlı ağır ittihamlarla ömürlük həbs cəzasına məhkum edilib. Bu cinayətlərin ən mühümləri bunlar idi: “İqtidarı devirmək və Liviya adından Küveytə qarşı casusluq etmək”.