Laçında FHN-in 9 texnikası, 46 nəfər şəxsi heyəti xidmət göstərir

13:12 26.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Laçında Fövqəladə Hallar Nazirliyinin 9 texnikası və 46 nəfər şəxsi heyəti xidmət göstərir.

Hafta.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.