Laçında hind filmi çəkiləcək

15:38 28.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Laçında hind filminin çəkilişlərinə başlanılacaq.

 

Hafta.az xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Şuşada "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda keçirilən tədbirdə deyib.

 

O bildirib ki, filmin bir hissəsi hindistanlı rejissor Amil Amalın rəhbərliyi ilə artıq başqa rayonda çəkilib. Növbəti çəkilişlər isə Laçında aparılacaq.