Lənkəranda bir nəfər dənizdə batıb

21:55 27.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Lənkəran şəhərində dənizdə bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Cənub” dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.