Yazını böyüt
Yazını kiçilt
Lənkəranda evə düşən ildırım yanğına səbəb olub.
Hafta.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Viyən kəndində baş verib.
Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Şahan Sevdim oğlu Hüseynova məxsus ikimərtəbəli, dördotaqlı evə ildırım düşüb. Evdə yanğın başlayıb. Yerli sakinlər tərəfindən yanğının qarşısı alınıb.
Qeyd edək ki, hadisə baş verən zaman evdə heç kim olmayıb.