Lənkəranda yararsız ət məhsulları aşkarlandı

12:29 29.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxil olan məlumat əsasında Lənkəran şəhəri, 21-ci məhəllədə yerləşən, Yusifli Rəsul Nazim oğluna məxsus anbarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.

Bu barədə hafta.az-a Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin anbarda istifadə müddəti bitmiş, etiket məlumatları və müşayiətedici sənədləri olmayan məhsullar aşkarlanıb:

Etiket məlumatları və müşayiətedici sənədləri olmayan;

Ümumi çəkisi 280 kq olan 28 qutu toyuq əti,

Ümumi çəkisi 30 kq olan 3 qutu toyuq ayağı,

Ümumi çəkisi 280 kq olan toyuq qanadı.

Müşayiətedici sənədləri olmayan;

Ümumi çəkisi 1640 kq olan 164 qutu ”Belarus” əmtəə nişanlı toyuq əti,

Ümumi çəkisi 144 kq olan 18 qutu “Paim File” əmtəə nişanlı toyuq filesi,

 

Ümumi çəkisi 80 kq olan 8 qutu “Lebro” əmtəə nişanlı toyuq əti,

Ümumi çəkisi 80 kq olan 8 qutu “Zümrüd” əmtəə nişanlı toyuq əti,

5.9 kq “Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq əti.

İstifadə müddəti bitmiş;

12.5 kq “Elle Vire” əmtəə nişanlı kərə yağı,

3 kq “Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq sub məhsulu.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində ümumi çəkisi 85.9 kq olan “Zümrüd “ və “Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq əti məhsulunda nəmliyin kütlə payının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb, istehlaka yararsız məhsulların satışa çıxarılmasının qarşısı alınıb, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Oxunma sayı 46