Lerikdə yük maşınının aşması can aldı

14:50 27.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lerik rayonunda yük maşını dərəyə aşıb. Hadisə rayonun Nəsodi kəndi ərazisində qeydə alınıb. 

"Unikal" xəbər verir ki, Astara rayonunun Motlayataq kənd sakini, 1999-cu il təvəllüdlü Həmzə Pənah oğlu Mirseyidzadə idarə etdiyi QAZ-66 markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. 

Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.

Faktla bağlı araşdırma aparılır.