Litva Ukraynaya və bu ölkədən olan qaçqınlara yardım edir. Vətəndaş cəmiyyətinin bu insanlara fəal şəkildə yardım etməsi də sevindirici haldır. Ölkədə Ukraynadan olan 10 minə yaxın qaçqın artıq qeydiyyata alınıb.
Bu sözləri Litvanın daxili işlər naziri Aqne Bilotayte söyləyib.
Bildirilib ki, qaçqınları qəbul edən Avropa İttifaqına üzv ölkələr ukraynalıları mənzil, işlə təmin etmək, sosial və digər ehtiyaclarını qarşılamaq məqsədilə uzunmüddətli və əlavə həll yolları axtarmalıdırlar.
Qeyd edib ki, hazırda Litvada − Alitus, Mariyampole və Vilnüsdə qaçqınların üç qeydiyyat mərkəzi fəaliyyət göstərir. Ukraynalıları Miqrasiya Departamentinin ərazi şöbələrində də qeydiyyata alırlar. Bu həftə ərzində Kaunas, Klaypeda və Şaulyayda ukraynalıların qeydiyyata alınması üçün daha üç mərkəzin açılması gözlənilir.