Londondakı “Dar Əl-Hikmə” nəşriyyatı Dr. Məhəmməd Əli əl-Hüseyninin "Sosial media fiqhi: kök, hökmlər və nəzarət" kitabını nəşr etdirib.
Hafta.az-ın yazdığına görə, sözügedən kitab, cəmiyyətlərimizə özünü yükləyən çox mühüm və yeni bir sosial məsələyə çevrilən, sürətlə artan sosial media tətbiqlərinə işıq salır.
İslam cəmiyyətinə müsbət və mənfi təsirləri araşdırılarkən sosial media vasitəsilə ünsiyyət müasir dövrün alətlərindən birinə çevrilib.
Dr. Hüseyni öz kitabında sosial medianın qayda və nəzarətlərinin köklənməsini, şayiə və cinayət məqsədilə məlumatların yayılması və ötürülməsini, xüsusən də əxlaqi və dini neqativləri məhdudlaşdırmaq üçün araşdıraraq bu məsələyə işıq salır.
Müəllif araşdırmalarını qısaltmaq, ictimaiyyətin daha asan başa düşməsi və daha çox faydalanması üçün əsərini kitabçaya çevirməyə çalışıb.