Lunaparkda qəza: 1 nəfər ölüb, çox sayda yaralı var

19:00 25.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Stokholmdakı əyləncə parkında qəza baş verib. Roller qatarı relsdən çıxıb, 1 nəfər ölüb, çox sayda yaralı var.

Hafta.az-ın yazfdığına görə, İsveçin paytaxtı Stokholmdakı əyləncə parkında 30 metr hündürlükdə təxminən 90 kilometr sürətlə hərəkət edən qatar relsdən çıxıb. Qatar metrlərcə hündürlükdən düşərkən içindəkilər ətrafa atılıblar.

Can bazarının yerləşdiyi əyləncə parkında ətrafdakılar yaralılara ilkin tibbi yardım göstəriblər. Daha sonra sağlamlıq qrupları yaralıları təxliyə etmək üçün hadisə yerinə gedib. Ərazidə helikopter də xidmət göstərib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

Hadisə şahidləri metal sürtünməsi şəklində yüksək səs eşitdiklərini və daha sonra qatarın yerə düşdüyünü bildiriblər. Qəzadan sonra qatar xəttindəki silkələnmə bir müddət davam edib.

Yaralıların sayı və vəziyyəti ilə bağlı polisdən hələlik açıqlama verilməyib. Əyləncə parkının saytında qara lent yerləşdirilib.

Relsdən çıxan qatarın adı "Jetline"dir. 800 metr uzunluğundakı yolda qatarlar saatda 90 kilometr sürətlə hərəkət edir.