Makronla Belçika baş nazirin fərqi bundadır - Natiq Miri

14:00 10.06.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Avrpopa Parlamentinə seçkilərdə ifrat radikal, sağçı Lepenin rəhbərlik etdiyi siyasi güc mərkəzi 32 faizə yaxın səs alıb. Bununla müqayisədə Makronun partiyası və onun koalisiyası cəmi 15 faiz səs alıb. Bu, Makron siyasətinin ciddi siyasi nəticəsidir”.

Bunu hafta.az-a politoloq Natiq Miri Avropa Parlamentinə seçkilər və Fransa prezidenti E.Makronun yürütdüyü siyasətin Avropa Parlamentindəki seçkilərdə özünü necə göstərməsi ilə bağlı açıqlamasında bildirib.

N.Miri hesab edir ki, bu sadəcə Makron Partiyasının üzvlərinin Avropa Parlamentində azalması olmayacaq. Eyni zamanda Avropa Birliyi strukturlarının idarə olunmasında və rəhbər şəxslərin təyinatı məsələsində də Fransanın mövqelərini zəiflədəcək.

“Bu istiqamətdə Almaniya ilə Fransa arasında ciddi bir rəqabət gedirdi. İndi Makronun partiyası parlamentdə çox az sayda təmsilçilik qazanıb. Bu da Makronun özü üçün problem yaradacaq. Makron Avropa Birliyində ciddi çağırışların, bir çox məsələlərin müzakirə predmeti olduğu şəraitdə Fransa parlamentini buraxıb, yeni növbədənkənar parlament seçkiləri elan etdi. Hansı ki, Belçikanın baş nazirinin rəhəbrlik etdiyi siyasi partiya Avropa Parlamentinə məğlub olduğu üçün istefa verdi. İkidönəm prezidentliyi yaşayan Makronla Belçikadakı baş nazirin fərqi bundadır”.

N.Miri bildirib ki, Avropa parlamentində Belçikanın bu cür məğlubiyyəti bu qurumda şovinist, millətçi, sağçı partiyaların çoxluğuna gətirib çıxarır ki, bu da antitürk, islamafobiyanı artıracaq.

“Bu, Avropa Birliyində daha şovenist, millətçi siyasətin aparılmasına gətirib çıxardacaq. Bu, həm də Ukrayna-Rusiya müharibəsinə perspektivdə təsir edəcək. Hələlik konkret rəqəmlər olmasa da, Avropa Parlamenti Fransa timsalında çox ciddi təhlükə qarşısındadır", - deyə, politoloq qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər