Maldiv adaları İsrail vətəndaşlarının ölkəyə girişini qadağan etdi

09:04 03.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Maldiv adaları İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlardan sonra İsrail vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırmaq qərarına gəlib. Bu addım beynəlxalq münasibətlər və diplomatiya müstəvisində əlamətdar inkişaf kimi görünür.

Hafta.az-ın yazdığına görə, bu qərar İsrailin 240 günlük əməliyyatlarından sonra verilib. Maldiv Prezident Aparatı, İsrail pasportuna malik şəxslərin ölkəyə girişinin qarşısını almaq üçün hüquqi tənzimləmələr ediləcəyini və bu prosesi idarə etmək üçün alt komitə yaradılacağını açıqlayıb.

Ötən il Maldiv adalarına səyahət edən israilli turistlərin sayı təxminən 11 min nəfər olub. Bu, Maldiv adalarına gələn turistlərin cəmi 0,6 faizini təşkil edir. Digər tərəfdən, İsraillə əksəriyyəti müsəlman olan Maldiv adaları arasında rəsmi diplomatik əlaqələr yoxdur.

Maldiv adalarına gələn turistlərin sayına görə hər iki ölkə üçün əhəmiyyətsiz bir qərar kimi görünsə də, Maldiv hökumətinin mövqeyi beynəlxalq ictimai rəyə ciddi təsir edib. Hər iki ölkəyə ciddi iqtisadi ziyan vurmayacaq bu qərar diplomatik böhrana səbəb olmaq üçün kifayət qədər əsasdır. İsrailin Maldiv adalarının bu addımına necə cavab verəcəyi maraq doğurur. Məsələ ilə bağlı İsraildən hələlik rəsmi açıqlama verilməyib.

Siyasət rubrikasından digər xəbərlər