“Maliyyə böhranından çıxmaq üçün real səlahiyyət olmalıdır” – Arif Alvi

09:10 13.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistan prezidenti Arif Alvi yazılı açıqlamasında vətəndaşların səlahiyyətinə hörmət edilmədikcə, heç nəyə aydınlıq gətirilə bilməyəcəyini deyib. O, siyasətçiləri, siyasi partiyaları və qurumları birləşməyə çağırıb.

Hafta.az-ın yazdığına görə, Alvi açıqlanan seçki nəticələrinə də toxunaraq, "Ciddi maliyyə böhranından çıxmaq, çətin qərarlar qəbul etmək, keçmişin ağrılarını düzəltmək və sağaltmaq üçün əsl səlahiyyətə ehtiyac var" deyib.

Pakistanda fevralın 8-də Milli Assambleya və əyalət məclislərinə keçirilən seçkilərin nəticələrinə görə, heç bir siyasi partiyanın təkbaşına hökumət qurması üçün çoxluğu əldə edə bilməyəcəyi görülüb.