MAQATE Ukrayna obyektlərində “çirkli bomba” əlaməti aşkar etməyib

19:48 03.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynada Rusiyanın “çirkli bomba” hazırlandığı iddia edilən ərazilər kimi müəyyən etdiyi üç obyektdə bəyan olunmamış nüvə fəaliyyətinə dair heç bir əlamət tapmayıb.

MAQATE-nin bəyanatına görə, təşkilatın müfəttişləri Ukraynanın dəvəti ilə Kiyevdəki Nüvə Tədqiqatları İnstitutuna, Jovti Vodıdakı Vostoçnı mədən və emalı zavoduna və “Cənub Maşınqayırma Zavodu” istehsalat birliyinə maneəsiz giriş əldə ediblər.

"Agentlik bu yerlərdə bəyan olunmamış nüvə fəaliyyətinə və materiallarına dair heç bir əlamət aşkar etməyib", - təşkilatın bəyanatında deyilir.