Yazını böyüt
Yazını kiçilt
ABŞ mediası iddia edib ki, “Forbes Russia” jurnalının sahibi Maqomed Musayev həm də “Forbes” jurnalının “yeni məxfi sahibi”dir.
Hafta.az-ın "Wall Street Journal"a istinadən yazdığına görə, amerikalı milyarder Austin Russel bu yaxınlarda "Forbes"in nəzarət paketini 800 milyon dollara alıb və bu satışın arxasında Maqomed Musayevin olduğu iddia edilib.
ABŞ qəzeti Musayevin Russelin satışda görünən siması olmasını istədiyini və adının gizli saxlanmasına üstünlük verdiyini iddia edib.
İddia olunurdu ki, Maqomed Musayev məsələni tanışına danışıb və “dünyanın ən nüfuzlu brendlərindən olan “Forbes”i almaqla hər şeyə çata biləcəyini” deyib.