Mardində zibil daşıyan eşşəklər yay növbəsi ilə işləyəcəklər

12:45 21.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sivilizasiyalar şəhəri Mardində nəqliyyat vasitələrinin girə bilmədiyi küçələrdə zibillər bələdiyyə daxilində kadr kimi işə alınmış eşşəklərin köməyi ilə daşınır.

Hafta.az-ın yazdığına görə, Artuklu Bələdiyyəsi zibilləri hər səhər eşşəklərin saxlanıldığı Təkər məhəlləsində "nərd" adlanan əraziyə gələrək lazımi hazırlıqları tamamlayıb.

Mühafizə zonasındakı 24 məhəllədə təmizlik işçilərinin nəzarəti altında zibil daşıyan 24 eşşək gündə orta hesabla 6 saat işləyir.

Qapının önünə qoyulan zibilləri daşımaq üçün istifadə edilən eşşəklər də şəhərə gələn yerli və xarici qonaqların təmiz mühitinin təmin olunmasına öz töhfəsini verir.

Bələdiyyə tərəfindən mütəmadi olaraq qulluq edilən eşşəklər xidmət müddəti bitdikdən sonra bələdiyyə daxilindəki sığınacaqda həyatlarını davam etdirirlər.

Artuklu Bələdiyyə başçısı Məhmət Tatlıdədənin göstərişi ilə qızmar istilərlə əlaqədar eşşəklər üçün də yay növbəsi tətbiq olunub.