Ukrayna məhkəməsi Marqarita Simonyan barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəməyə gətirilməsinə icazə verib. Baş Prokurorluq rusiyalı təbliğatçı, Russia Today-in baş redaktoru erməni Marqarita Simonyanın şübhəli olduğunu açıqlayıb.
Hafta.azın məlumatına görə, baş prokuror İrina Venediktova bildirib ki, müvafiq qərarı hakim təsdiqləyib.
"Simonyan Marqarita Semenovna, sizin Ukraynadakı prosessual statusunuz şübhəli şəxsdir. Sizə bildirirəm ki, Ukraynanın səlahiyyətli məhkəməsinin hakimi müvafiq vəsatətdə göstərilən Ukrayna prokurorlarının arqumentlərini dinləyərək onları ağlabatan və əsaslı hesab edib. Beləliklə, Ukrayna məhkəməsi sizin, Marqarita Semyonovna haqqında və həbs qətimkan tədbiri seçilməsini təsdiqləyib".
Onun sözlərinə görə, Ukrayna prokurorları yaxın günlərdə Simonyanın beynəlxalq axtarışa verilməsi prosesinə başlamaq niyyətindədirlər.
"Ukrayna prokurorluğunun fikrincə və praktiki təcrübəyə istinad edərək, başa düşməlisiniz ki, sonradan Ukraynaya ekstradisiya məqsədilə başqa dövlətin sərhədini keçərkən saxlanılacaqsınız", - Venediktova əlavə edib.