Masallıda ferma yanıb

19:21 09.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallı rayonunun Mollahəsənli kəndində ümumi sahəsi 221 m² olan fermanın yanar konstruksiyaları 78 m² sahədə və içərisində yığılan 1 ton ot bağlaması yanıb.

Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.