Yazını böyüt
Yazını kiçilt
III MDB Oyunlarında 17 yaşadək voleybolçu oğlanlar arasında növbəti oyunlar keçirilib.
Hafta.az xəbər verir ki, günün ilk qarşılaşması Belarus və Özbəkistan yığma komandaları arasında baş tutub.
Görüş Belarus millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ardınca meydançaya Azərbaycan və Rusiya milli komandaları çıxıb. Bu qarşılaşmada isə 3:0 hesabı ilə Rusiya seçməsi qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu oktyabrın 6-da Belarus millisinə qarşı keçirəcək.