MDB Oyunları: Azərbaycanın avarçəkmə komandası növbəti medalını əldə edib

12:45 05.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Mingəçevirdə kanoe və avarçəkmə yarışlarına start verilib.

Hafta.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışlarda Azərbaycan komandasının heyətində ikinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib və bürünc medalla kifayətlənib.

Daha əvvəl Amil Ramazanov birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medal qazanıb.