MEDİA ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun konfransında təmsil olunur

17:35 30.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Medianın İnkişafı Agentliyi (MEDİA) ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun konfransında təmsil olunur.

Agentlikdən hafta.az-a verilən məlumata görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Polşada keçirilən ənənəvi toplantısında Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və strateji planlaşdırma işçi qrupunun rəhbəri Rasim Bağırov iştirak edir.

Konfransda çıxış edən Rasim Bağırov bildirib ki, informasiya texnologiyaları və qlobal kommunikasiyanın davamlı inkişaf etdiyi bir dövrdə medianın rolu və əhəmiyyəti daha da artır. Belə ki, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi medianın inkişafına dəstək göstərmək, institusional quruculuq işlərini davam etdirmək, eyni zamanda bu sahədə kommunikasiya texnologiyaları və innovasiyaların tətbiqini təşviq etmək istiqamətində fəaliyyət göstərir. Vurğulanıb ki, “Media haqqında” Azərbaycan Respublikasının qanunu çərçivəsində jurnalistlərin azadlığı qorunur, eləcə də onların öz peşə və vəzifələrini yerinə yetirməsi zamanı şərəf və ləyaqəti müdafiə olunur.

Oxunma sayı 1914
Media rubrikasından digər xəbərlər