Medvedçukun həbsdən öncə gizləndiyi malikanə tapıldı – Aylıq kirayəsi 13 min dollar...

16:29 14.04.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Putinin qızının xaç atası və 20 ildən çox  “Müxalif platforma - Həyat naminə” partiyasından xalq deputatı olmuş  Viktor Medvedçukun yanında işləyən mühafizəçi Ukrayna Təhlükəsizlik Xidmətinin  təqdim  etdiyi ifadəsində bildirib ki, siyasətçi həbsindən öncə Kiyevdə Protasovy Yar yaxınlığında, Yaslinskaya 11v ünvanındakı malikanədə gizlənib.

Hafta.az  “UNİAN” nəşrinə istinadla xəbər verir ki, həmin evin kirayəsi ilə bağlı elan dom.ria.com saytında yerləşdirilib.

Bu, demək olar ki, 800 kvadratmetr ərazidə yerləşən üç mərtəbəli bir mülkdür. Evi ivcarə verən bunu belə təsvir edir:

"Solomenski rayonunda (Protasov Yar), Yaslinska 11v ünvanında  772 kvadrat metrlik dəbdəbəli və geniş ev. 7 sot torpaq sahəsində. Manqal sahəsi olan yaşıl qazon, böyük terrası və dizayner abadlaşdırılması ilə. Ev yüksək keyfiyyətli və təbii materiallardan tikilib.  Aparıcı Avropa istehsalçıları mebel və məişət texnikası, özünüzü rahat hiss etməyə imkan verən xüsusi dizayn. Evdə 6 otaq,  geniş terrası olan yataq otağı, soyunub-geyinmə otağı, hamam və duşlu geniş vanna otağı, hamam-tualeti olan 3 böyük uşaq otağı var.

Evdə həmçinin böyük mətbəx, yardımçı otaqlar, oyun və ya fitnes sahəsinin təşkili üçün otaqlar və işçilər üçün otaqlar var.

Zirzəmidə iki maşınlıq qaraj var, daha üçünü evin yanında saxlamaq olar.

“Təklif təbiət qoynunda vaxt keçirməyi sevən, lakin metropolda yaşayanlar üçün aktualdır”, - ev sahibi yazır.

Belə mənzillərin aylıq kirayə haqqı kommunal xərclər nəzərə alınmadan 13 000 dollar və ya 384 000 qrivnadır.